"Çelsi" qapıçı Robert Sançesin 1 illik icarə əsasında "Komo"ya keçdiyini elan edib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Dariu Esuqu cari mövsümün sonuna qədər "Strasburq"a, hücumçu Dujuan Riçards isə 2026/2027 mövsümü üçün "AFK Uimbldon"a icarəyə verilib.

Ötən mövsüm Robert Sançes bütün turnirlərdə 50 matçda iştirak edib və onların 15-də qapısını toxunulmaz saxlayıb. 28 yaşlı qapıçının London klubu ilə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, onun hazırkı bazar dəyəri 22 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest