01 Sentyabr 2026, 21:34
FUTBOL
"Zenit" yarımmüdafiəçi Du Keyrosun icarə əsasında "Sabah" klubuna keçdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin rəsmi teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, icarə müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Yayılmış açıqlamada "Zenit" Du Keyrosa yeni klubunun heyətində uğurlar və nailiyyətlər arzulayır" ifadələrinə yer verilib.
Du Keyros 2023-cü ilin yayından Rusiya klubunun rəsmi müqaviləli futbolçusudur. Oyunçunun "Zenit"lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında braziliyalı yarımmüdafiəçinin hazırkı dəyəri 1,5 milyon avro təşkil edir.





_1787880651_1788290026.jpg)







