"Lill"in və Belçika millisinin hücumçusu Matias Fernandes-Pardo karyerasını "Nyukasl"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin müddəti açıqlanmasa da, söhbətin uzunmüddətli sözləşmədən getdiyi qeyd olunub. Transfer məbləği 51 milyon funt-sterlinq (60 milyon avro) təşkil edib. 21 yaşlı belçikalı oyunçu "Nyukasl"da 20 nömrəli formada çıxış edəcək.

Ötən mövsüm "Lill"in heyətində bütün turnirlərdə 41 matça çıxan Fernandes-Pardo 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücumçu Belçika yığmasında 5 oyun keçirib ki, bunlardan 3-ü 2026-cı il dünya çempionatına təsadüf edib. O, yeni komandasında icarə əsasında "Yuventus"a keçməyə yaxın olan Almaniya millisinin hücumçusu Nik Voltemadeni əvəzləyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest