"Trabzonspor"da baş məşqçi Fatih Tekke ilə yollar rəsmən ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klubun vitse-prezidenti Serkan Kılıçla 48 yaşlı mütəxəssis arasında baş tutan toplantıda komandanın mövcud durumu və perspektivləri masaya yatırılıb. Müzakirələrin yekunu olaraq tərəflər klubun gələcək hədəflərini əsas gətirərək müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini qərara alıblar.
Xatırladaq ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"una fəlakətli məğlubiyyətdən (0:4) sonra istefa vermək istəsə də, o zaman rəhbərlik buna qarşı çıxmışdı. Lakin Türkiyə Superliqasının 3-cü turunda "Amedspor"a gələn gözlənilməz yenilgi (1:2) bu dəfə ayrılığı qaçılmaz edib.













