İtaliyalı dayaq yarımmüdafiəçisi Roberto Qalyardini karyerasını "Kalyari"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Sardiniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub və klubun aktivləşdirə biləcəyi daha 1 il uzadılma variantı var. Qalyardini "Verona" ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra "Kalyari"yə azad agent statusu ilə keçib.

32 yaşlı yarımmüdafiəçi ötən ilin sentyabrından etibarən "Verona"nın heyətində çıxış edirdi. O, A Seriyasının 29 matçında 1 qolla yadda qalıb. Mövsümün yekununda "Verona" B Seriyasına düşüb.

Qalyardini daha çox 2017–2023-cü illərdə Milanın "İnter" klubundakı çıxışı ilə tanınır. O, həmçinin "Atalanta", "Çezena", "Speksiya" və "Viçentsa" komandalarında da oynayıb. Sabiq futbolçu 2017–2020-ci illərdə İtaliya millisinin heyətində 7 matç keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest