"Napoli"nin və Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey ürəyindən əməliyyat olunacaq.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, cərrahi müdaxiləyə səbəb 29 yaşlı şotlandiyalı futbolçuda xoşxassəli ürək aritmiyasının aşkar edilməsidir. Maktomineyin bir aydan çox yaşıl meydanlardan uzaq qalacağı və milli komandaların oktyabr fasiləsindən sonra sıraya dönəcəyi gözlənilir.

Beləliklə, o, A Seriyasında "İnter", "Bolonya" və "Fiorentina"ya qarşı oyunları, həmçinin Çempionlar Liqasında Londonun "Arsenal" klubu ilə matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Napoli" Çempionlar Liqasında "Sabah"ın rəqibidir və gələn il yanvarın 20-də Bakıda təmsilçimizlə üz-üzə gələcək.

Maktominey 2024-cü ilin yayından "Napoli"də çıxış edir. O, 2024/25 mövsümünün yekunlarına əsasən A Seriyasının ən yaxşı oyunçusu seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest