01 Sentyabr 2026, 13:11
FUTBOL
Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə Asiya təmsilçisinin sosial şəbəkə hesabları rəsmi məlumat yayıb.
Bildirilir ki, mütəxəssis komanda ilə 2026-cı ilin sentyabr-noyabr aylarındakı yoldaşlıq oyunları pəncərəsində çalışacaq. Bu müddət ərzində koreyalılar dörd oyun (Ekvador, Uruqvay, Özbəkistan və Venesuela yığmaları ilə) keçirəcəklər.
Robert Morenonun son iş yeri Rusiyanın "Soçi" klubu olub. O, bu komandanı 2023-cü ilin dekabrından 2025-ci ilin sentyabrına qədər çalışdırıb.






_1788268930.jpg)






