01 Sentyabr 2026, 12:50
FUTBOL
"Leypsiq" hücumçu Mark Giunun transferi ilə bağlı "Çelsi" ilə razılıq əldə edib.
Matc.az xəbər verir ki, Almaniya klubu 20 yaşlı ispaniyalı forvard üçün təxminən 16 milyon avro ödəyəcək.
Bundan əlavə, İngiltərə komandası futbolçunun növbəti satışından əhəmiyyətli faiz əldə edəcək. Klublar müqaviləni rəsmən təsdiqləyiblər, Mark 2031-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Giu 2024-cü ilin iyulunda 6 milyon avro qarşılığında "Barselona"dan "Çelsi"yə keçmişdi. O, London klubunun heyətində ümumilikdə 29 matça çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.






_1788268930.jpg)






