Hazırda məni layiq biliblər və mən də buradayam.

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Turan Tovuz"u qəbul edən "Kəpəz" 1:0 hesablı qələbə qazanıb.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

– İlk növbədə şəhərimizə və Azərbaycanımıza bu stadionu, bu atmosferi bəxş edən hər kəsə təşəkkür edirəm. Yeni meydançamızda ilk oyunumuz idi. Çox sevincliyik. Möhtəşəm azarkeşlərimiz var idi. Çox güclü rəqibə qarşı oynayırdıq. Biz rəqibi analiz edəndə müdafiə olunma səviyyəsini görəndə düşünmüşdüm ki, biz bu komandaya necə qol vuraq? Lakin futbolçularım bu işin öhdəsindən gələ bildi. Çox lazımlı qələbə oldu. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

– Daha əvvəl də mətbuatda və futbol ictimaiyyətində Gəncədə gəncəli məşqçi işləməlidir deyilirdi... Sizin gəlişinizlə bu sözlərin haqlı olduğunu demək olar?
– Mən bu fikirlə heç razı deyiləm. Fikrimcə, yanlış fikirdir. Azərbaycanda bu vəzifəyə hansı məşqçi layiqdirsə, o da işləməlidir. Hazırda məni layiq biliblər və mən də buradayam. Azarkeşlər daim qələbə istəyir. Biz də öz növbəmizdə onlara sevinc bəxş etmək üçün əlimizdən gələni edirik.

– “Turan Tovuz”un müdafiəsinin öhdəsindən gəlməyin çətin olduğunu vurğuladınız. Növbəti turda “Şamaxı” ilə matçda da bu çətinliklə üzləşəcəyinizi düşünürsünüzmü?
– Oyundan qabaq motivasiya vermək istəyirdim. Bu azarkeşlərin önündə oynamaq özü bir motivasiyadır. “Turan Tovuz”a uyğun hazırlaşmışdıq. “Şamaxı”ya da onlara uyğun hazırlaşmaq niyyətindəyik. Onların hər ikisinin fərqli oyun üslublarına malik olduqlarını düşünürəm.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest