Fanatlar komandanın son vaxtlar göstərdiyi zəif oyundan və alınan məğlubiyyətdən narazılıqlarını kəskin şəkildə ifadə ediblər.
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Turan Tovuz" minimal hesabla məğlub olub.
Matc.az xəbər verir ki, Tovuz azarkeşləri "Kəpəz"ə məğlubiyyətdən sonra baş məşqçi Kurban Berdiyevin qarşısını kəsib, onu istefaya səsləyiblər.
Fanatlar komandanın son vaxtlar göstərdiyi zəif oyundan və alınan məğlubiyyətdən narazılıqlarını kəskin şəkildə ifadə ediblər.
Təcrübəli mütəxəssisin azarkeşlərin bu tələbinə necə reaksiya verdiyi isə hələlik məlum deyil.
Qeyd edək ki, Tovuz klubu 3 oyundan sonra bir qələbə, bir heç-heçə və bir məğlubiyyətlə aktivinə 4 xal yazdıra bilib.













