"Balau və Vadjinin tam hazır olmaması bizə problemlər yaradır".

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Turan Tovuz" minimal hesabla məğlub olub.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

- Ötən oyunla müqayisədə, bu matçda daha yaxşı oyun sərgilədik. Buna baxmayaraq məğlub olduq. Rəqib 1 epizod yaratdı və qol vurdu. Biz çox epizodlar yaratdıq.

- Sizi komandanın oyununda ən çox nə narahat edir?
- Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə problemlər yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləcəyik. 

- Balau və Vadji ilə çempion olmağa ümid edirsinizmi?
- Əlbəttə. 

- Mövsümün əvvəlində "Turan Tovuz" azarkeşlərindən istefa səsləri eşidilirdi. Bu amil sizi narahat edir?
- Məni narahat etmir. 

- Yeni stadionla bağlı düşüncələriniz?
- Ancaq sevinə bilərəm ki, Azərbaycanda belə stadionlar tikilir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest