Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vursa da, komandası darmadağınla üzləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vursa da, komandası darmadağınla üzləşib.

Matc.az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının VI turunda "Yagelloniya"ya qarşı keçirilən ev oyununda fərqlənib.

Mahir 23-cü dəqiqədə komandasını hesabda önə keçirib – 1:0. Lakin görüşün sonrakı gedişində üstünlüyü ələ alan qonaqlar ardıcıl qollar vuraraq böyükhesablı qələbəyə seviniblər. Qarşılaşma "Yagelloniya"nın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib. Bu, onun yeni komandasında vurduğu beşinci qol olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest