30 Avqust 2026, 18:31
FUTBOL
"Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jezus "Barselona"ya keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar 29 yaşlı hücumçunun transferi barədə 10 milyon avro qarşılığında razılığa gəliblər. Sövdələşmədə bonus ödənişləri də nəzərdə tutulub.
"Topçular" artıq forvarda komandanın düşərgəsini tərk etməyə icazə veriblər. Jezusun kataloniyalılar üçün artıq bazar ertəsi tibbi müayinədən keçəcəyi, bundan sonra isə yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Braziliyalı forvard 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə ümumilikdə 123 matç keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.













