"Marsel"in argentinalı müdafiəçisi Leonardo Balerdi İtaliyanın "Roma" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçu romalılara icarə əsasında qoşulub və 2026/27 mövsümünün sonuna qədər klubda çıxış edəcək. Sövdələşmə müəyyən bəndlər yerinə yetirildiyi təqdirdə Balerdinin müqaviləsinin birdəfəlik satın alınması opsiyasını nəzərdə tutur.

Yeni komandasında argentinalı 26 nömrəli forma ilə mübarizə aparacaq.

Leonardonun ilk peşəkar klubu yetirməsi olduğu Argentinanın "Boka Xuniors" komandası olub. Avropa karyerasına "Borussiya"da (Dortmund) başlayan müdafiəçi 2020-ci ildə icarə əsasında "Marsel"ə keçib. Uğurlu mövsümdən sonra Fransa klubu onun müqaviləsini 11 milyon avroya birdəfəlik satın alıb.

Balerdi "Marsel"in heyətində ümumilikdə 200 matç keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Balerdi eyni zamanda Argentina millisinin də şərəfini qoruyur. Onun milli komandanın heyətində 11 matçı var. Müdafiəçi "Albiseleste"nin 2026-cı il dünya çempionatı üçün sifariş vərəqəsinə daxil edilsə də, zədə səbəbindən turnir başlamazdan əvvəl əvəzlənib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest