"Milan" hücumçu Rafael Leaunun daimi əsasda "Qalatasaray"a keçidinin başa çatdığını elan edib.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Klub bəyanatında bu fikirlərə yer verib: "Klub Rafaya yeddi mövsüm ərzində komandamızın formasında göstərdiyi peşəkarlıq və fədakarlığa, bu müddətdə 2021/2022 mövsümündə Skudettonun və 2024-cü ildə İtaliya Superkubokunun qazanılmasına verdiyi töhfəyə görə təşəkkür edir. Rafaya karyerasının yeni mərhələsində həm şəxsi, həm də peşəkar həyatında ən yaxşı arzularımızı çatdırırıq".
Leau "Milan"a 2019-cu ildə "Lill"dən keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 291 matçda iştirak edib, 80 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında 27 yaşlı futbolçunun dəyəri 50 milyon avro təşkil edir.













