"Çelsi" "Aston Villa"dan qapıçı, 2022-ci ilin dünya çempionu Emiliano Martinesin keçidini elan edib.

Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı qolkiper London komandası ilə 3 illik müqavilə imzalayıb. "Çelsi"nin 33 yaşlı qapıçının keçidi üçün 7,5 milyon funt-sterlinq (8,7 milyon avro) ödəyəcəyi bildirilir.

Martines 2020-ci ilin sentyabrından "Aston Villa"nın heyətində çıxış edirdi. Bu müddət ərzində qolkiper bütün turnirlərdə 256 matçda iştirak edib və onların 80-də qapısını toxunulmaz saxlayıb.

2025/2026 mövsümündə argentinalı Birmingem klubunun heyətində Avropa Liqasının qalibi olub. "Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest