28 Avqust 2026, 17:39
FUTBOL
Londonun "Arsenal" klubu 26 yaşlı ingiltərəli vinger Ris Nelson ilə müqaviləni vaxtından əvvəl ləğv edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ris Nelson "Arsenal" akademiyasının yetirməsidir və ümumilikdə 18 ilini bu klubda keçirib. O, bu müddət ərzində bütün turnirlərdə komandanın heyətində 90 matça çıxıb, 8 qol və 9 qolun ötürməsi ilə yaddaqalan olub.
Futbolçu karyerası ərzində "Hoffenhaym", "Feyenoord", "Fulhem" və "Brentford" klublarında da icarə əsasında çıxış edib.
Nelson İngiltərənin müxtəlif yaş qrupları üzrə gənclər yığmalarında keçirdiyi 39 oyunda 22 qol vurub. Hazırda 26 yaşlı oyunçunun transfer dəyəri 8 milyon avro təşkil edir.













