"Çelsi" və "Servett" David Fofananın daimi əsasda transferi barədə razılığa gəliblər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı hücumçunun transfer məbləği 2,5 milyon avro təşkil edir, əlavə 1 milyon avro isə bonus şəklində nəzərdə tutulub.

Daha əvvəl icarə əsasında "Fatih Karagümrük" və "Strasburq" klublarında çıxış etmiş futbolçu ilə London klubu yolları birdəfəlik ayırmaq qərarına gəliblər.

Qeyd edək ki, Fofana "mavilər"in əsas komandasında 4 matça çıxıb, lakin fərqlənə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest