"Leypsiq" "Bayer"ın yarımmüdafiəçisi Robert Andrixin keçidində maraqlıdır.

Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi 31 yaşlı almaniyalını satmağa hazırdır, lakin futbolçunun özü klubda qalmaq istəyə bilər.

Andrixin "Bayer" ilə müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Yarımmüdafiəçi 2021-ci ildən bəri leverkuzenlilərin heyətində çıxış edir. O, Bundesliqanın ötən mövsümündə keçirdiyi 32 matçda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest