"İnter Mayami" Kristian Alberto Kili Qonsalesin əsas komandanın yeni baş məşqçisi təyin olunması barədə razılıq əldə edildiyini elan edib. Argentinalı mütəxəssis müvafiq iş icazəsi aldıqdan sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni baş məşqçi və onun qərargahı komandaya qoşulana qədər kollektivə müvəqqəti olaraq Gilyermo Oyos rəhbərlik etməkdə davam edəcək.

Klub bəyanatında aprel ayından etibarən bu keçid dövründə komandanın məsuliyyətini öz üzərinə götürdüyü və göstərdiyi fədakarlığa görə Oyosa xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, "İnter Mayami" hazırda MLS-in turnir cədvəlində 39 xalla üçüncü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest