"Trabzonspor"un baş məşqçisi Fatih Tekke UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna 4:0 hesablı məğlubiyyətdən dərhal sonra istefa verdiyini bəyan edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında gözlənilməz qərar qəbul edərək vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.
18 aydır Qara dəniz təmsilçisini çalışdıran Fatih Tekke bu məğlubiyyətin məsuliyyətini öz üzərinə götürərək bu addımı atıb. Ayrılıq barədə rəhbərliyin belə xəbəri olmadığını vurğulayan 48 yaşlı çalıştırıcı "Bu məğlubiyyəti kimsə üzərinə almalı idi, mən alıram. Belə bir hesabla yata bilmərəm, bu səbəbdən vəzifəmdən istefa verirəm" sözlərini qeyd edib.
Xatırladaq ki, "Trabzonspor" Avropa Liqasındakı uğursuzluqdan sonra mübarizəni UEFA Konfrans Liqasının ümumi mərhələsində davam etdirəcək.












