"Bavariya"nın sabiq yarımmüdafiəçisi Leon Qoretska azad agent statusu ilə İngiltərənin "Aston Villa" klubuna transfer olunub. 31 yaşlı almaniyalı futbolçu karyerasını Premyer Liqada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Aston Villa" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, karyerası ərzində 500-dən çox rəsmi matçda meydana çıxan təcrübəli oyunçu doğma şəhərinin "Boxum" komandasında futbola başlayıb, daha sonra isə "Şalke"yə keçib.

Leon Qoretska 2018-ci ildə "Bavariya" ilə müqavilə imzalayıb və Münhen təmsilçisi ilə birlikdə 7 dəfə Bundesliqa çempionluğunun sevincini yaşayıb. 8 illik uğurlu dönəmdən sonra bu yay Almaniya nəhəngi ilə yollarını ayıran yarımmüdafiəçi, "Bavariya" forması ilə ümumilikdə 312 qarşılaşmada iştirak edib.

Almaniya millisinin heyətində isə 73 oyunda şans qazanan Qoretskanın "Transfermarkt" portalındakı cari dəyəri 12 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest