"Karvan" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Yevlax təmsilçisi braziliyalı müdafiəçi Armando Melo Dos Santos Brenneri transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, transfer çalışmalarını sürətləndirən komanda cənubi amerikalı oyunçu ilə rəsmi müqavilə imzalayıb. Razılaşmaya əsasən, braziliyalı müdafiəçi cari mövsümün sonuna qədər Yevlax klubunun formasını geyinəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest