"Murad Oleqoviç mənə qrup mərhələsində uğurlar arzuladı və bütün tanıyanlara salam göndərdi".

"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri münasibətilə Rusiyadan kimlərin onu təbrik etdiyini açıqlayıb. Pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu darmadağın (əlavə vaxtda 5:2) edərək bu tarixi uğura imza atan komandanın üzvü keçmiş baş məşqçisi və komanda yoldaşı ilə danışdığını bildirib.

Matc.az xəbər verir ki, bu barədə Rusiyaynın "Çempionat" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Aleksey İsayev eksklüziv müsahibəsində rusiyalı mütəxəssis Murad Musayev və qolkiper Andrey Lunyovdan təbrik mesajı aldığını qeyd edib: "Murad Oleqoviç Musayev və Andruxa Lunyov məni təbrik etdilər. Andrey ilə "Zenit"də yollarımız kəsişməsə də, "Qarabağ"dakı yarım illik birgə çıxışımız dövründə yaxşı dostlaşdıq.

Murad Oleqoviç mənə qrup mərhələsində uğurlar arzuladı və bütün tanıyanlara salam göndərdi. "Sabah"da hamı Musayevi sevir və ona dəyər verir. Mən də bir daha bir oyunçu və insan kimi yetişməyimdə göstərdiyi xidmətlərə görə ona təşəkkürümü bildirdim".

Qeyd edək ki, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev 2021–2024-cü illərdə "Sabah"ın baş məşqçisi olub. Moskva "Dinamo"sunun qapıçısı Andrey Lunyov isə 2023/2024 mövsümündə "Qarabağ"da İsayevlə komanda yoldaşı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest