İngiltərənin "Nottinqem Forest" klubu "Çelsi"nin hücumçusu Liam Delapın transferini rəsmən elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ingiltərəli forvard yeni komandası ilə 5 illik müqavilə imzalanıb.
Bildirilir ki, transferin ümumi dəyəri bonuslarla birlikdə təxminən 52 milyon avro təşkil edib və bu rəqəm "Nottinqem Forest" tarixinin rekord transfer məbləğidir.
Gənc hücumçu ötən mövsümü "Stemford Bric"də keçirib və londonluların heyətində bütün turnirlərdə 47 matçda meydana çıxıb.
Bu oyunlardan beşi UEFA Çempionlar Liqasına təsadüf edib ki, Liam Delap Avropanın elit turnirində rəsmi ilk qolunu "Barselona"ya qarşı keçirilən və "Çelsi"nin 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada vurub.













