"Milan"ın mərkəz yarımmüdafiəçisi Samuele Riççi karyerasını digər İtaliya təmsilçisi "Komo"da davam etdirəcək. Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək klub 25 yaşlı italiyalı futbolçunu heyətinə qatmağa çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Mettio Moretto məlumat yayıb.
Bildirilir ki, "Komo" yarımmüdafiəçini 1,5 milyon avro qarşılığında icarəyə götürəcək. Müqavilədə futbolçunun 20,5 milyon avro və əlavə bonuslar müqabilində birdəfəlik satın alınma hüququ da yer alacaq.
"Torino"dan 23 milyon avro və əlavə 1,5 milyon avro bonus qarşılığında transfer olunan dayaq yarımmüdafiəçisi "Milan"da cəmi bir mövsüm keçirib. O, İtaliya A Seriyasında meydana çıxdığı 31 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.













