"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanaraq imza atdığı tarixi uğur dünyanın aparıcı idman nəşrlərinin manşetlərində yer alıb. Azərbaycan təmsilçisinin bu möhtəşəm nailiyyəti beynəlxalq idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Matc.az xəbər verir ki, bu barədə PFL videomaterial hazırlayıb.

Təqdim olunan xüsusi videoda xarici medianın "Sabah"ın qələbəsinə geniş yer ayırması və qazanılan tarixi uğurun əks-sədası nümayiş olunub.

Azərbaycan futbolu tarixində ilk dəfə bu nüfuzlu turnirin əsas mərhələsinə yüksələn paytaxt klubunun bu addımı ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest