İngiltərənin "Mançester Siti" klubu rəsmi 2026/2027 mövsümü üçün üçüncü forma dəstini təqdim edib. Peşəkar futbol tarixində ilk dəfə olaraq azarkeşlərə süni intellektin köməyi ilə formanın dizaynını hazırlamaq imkanı verilib və qalib gələn dizayn bu mövsüm istifadə olunacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni idman geyimi yazılı tapşırıqları bir neçə saniyə ərzində dizayna çevirən xüsusi generativ süni intellekt aləti – "Puma AI Creator" vasitəsilə hazırlanıb. 2024-cü ilin dekabrında istifadəyə verilən bu proqram sayəsində dünyanın 200-dən çox ölkəsindən olan azarkeşlər 180 mindən çox unikal forma dizaynı təqdim ediblər.

Platformada edilən 1,7 milyon qiymətləndirmədən sonra ən populyar "onluq" seçilib və 2025-ci ilin yanvarında azarkeşlər arasında səsvermə keçirilib. Qalib gələn dizayn ağ rəngli əsas üzərində formalaşdırılıb və köynəyin ortasından işıqlandırmadan asılı olaraq dəyişən qradiyent effektli iki rəngli (yarısı göy, yarısı tünd göy) zolaq keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest