20 Avqust 2026, 20:51
FUTBOL
"Mançester Yunayted" yarımmüdafiəçi Karlos Balebanın transferi üçün "Brayton"a sabit məbləğ olaraq təxminən 70 milyon avro, bonuslar şəklində isə 5,8 milyon avro təklif edib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, "Brayton" "qırmızı şeytanlar"ın təklifini qeyri-kafi hesab edə bilər. Lakin klublar arasında danışıqlar davam edir və bütün tərəflər 22 yaşlı oyunçunun keçidi ilə bağlı razılığa gəlmək üçün çalışırlar.
Ötən mövsüm kamerunlu futbolçu bütün turnirlərdə 35 oyunda iştirak edib və məhsuldar hərəkətlərlə yadda qalmayıb. Oyunçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avro təşkil edir.













