"Bavariya"nın portuqaliyalı yarımmüdafiəçisi Joau Palinya karyerasını "Benfika"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar birdəfəlik transferin şərtlərini artıq razılaşdırıblar.

"Bavariya" 31 yaşlı yarımmüdafiəçi üçün 14 milyon avro və əlavə olaraq 5 milyon avro bonuslar əldə edəcək. Yaxın 24 saat ərzində klublar bütün lazımi sənədləri mübadilə edəcəklər.

Ötən mövsümü Palinya icarə əsasında "Tottenhem"də keçirsə də, London klubu onu birdəfəlik satın almayıb. Portuqaliyalı futbolçu ""Tottenhem"in heyətində bütün turnirlərdə çıxdığı 45 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəllər Palinya ilə "Aston Villa" da maraqlansa da, İngiltərə klubu "Bavariya" ilə razılığa gələ bilməmişdi. Yarımmüdafiəçi karyerası ərzində "Tottenhem" və "Bavariya" ilə yanaşı, "Sportinq", "Moreyrense", "Belenenseş", "Braqa" və "Fulhem" klublarında da çıxış edib.

O, Portuqaliya millisinin heyətində keçirdiyi 37 oyunda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest