"Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martines karyerasını "Tottenhem"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.

"Tottenhem" bu yaxınlarda Qulyelmo Vikarionu "Yuventus"a icarəyə verdiyindən hazırda yeni qapıçı axtarışındadır.

"Aston Villa" Martinesin mümkün gedişinə artıq hazırdır, çünki klub bir gün əvvəl "Parma"nın qolkiperi Zion Suzukini heyətinə qatıb.

33 yaşlı Martines 2020-ci ildən bəri "Aston Villa"da çıxış edir. Ötən mövsüm o, İngiltərə klubunun heyətində 44 matça çıxıb, bu görüşlərdə 49 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

Argentinalı qapıçının müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və onun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest