"Strasburq"un və Belçika millisinin vingeri Diyeqo Moreyra "Milan"ın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 5 illik – 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbət 50 milyon avro və əlavə olaraq 16 milyon avro bonuslardan gedir. Həmçinin "Strasburq" oyunçunun növbəti transferindən müəyyən faiz əldə edəcək.

"Milan"ın heyətində Moreyra 22 nömrəli forma ilə çıxış edəcək.

22 yaşlı belçikalı futbolçu 2024-cü ilin yayından "Strasburq"da çıxış edirdi. Ötən mövsüm o, bütün turnirlərdə çıxdığı 42 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Moreyra Belçika millisinin heyətində artıq 4 oyuna çıxsa da, dünya çempionatının iştirak ərizəsinə düşə bilməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest