"Barselona"nın 2027/2028 mövsümü üçün qapıçı mövqeyi ilə bağlı aydın planı var.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Kataloniyalılar Xorvatiya millisinin əsas qapıçısı Dominik Livakoviçin transferini tamamlamağa yaxındırlar. "Fənərbaxça" ilə danışıqlar irəliləmiş mərhələdə olsa da, hələlik yekun razılaşma əldə olunmayıb.
Bildirilir ki, plan transferi sentyabrın 1-nə qədər reallaşdırmaq və Livakoviçi əsas heyət oyunçusu olacağı bir kluba birillik icarəyə verməkdir.
"Barselona"nın 2026/2027 mövsümündəki iki qapıçısı isə Joan Qarsiya və Voyçex Şçesnı olaraq qalacaq. Xorvatiyalı qolkiper gələn ilin yayında, Voyçex Şçesnının müqaviləsi başa çatdıqdan sonra əsas komandaya qoşulacaq və əsas qapıçı Joan Qarsiyanın dublyoru olacaq.
Livakoviçin transferinin kataloniyalılara 3-5 milyon avroya başa gələcəyi bildirilir.













