"Yuventus" "Benfika"nın qapıçısı Anatoli Trubinin mümkün transferi variantını artıq nəzərdən keçirmir.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato.it" portalı məlumat yayıb.
Lissabon klubu "qoca sinyora"ya ukraynalı qapıçını bir mövsümlük 35 milyon avroya məcburi satın alma variantı ilə icarəyə götürməyi təklif edib.
Turin komandası bu cür maliyyə istəklərini qeyri-məqbul hesab edib və "Yuventus" Ukrayna millisinin 25 yaşlı qapıçısı üçün belə bir məbləğ xərcləməyi planlaşdırmayıb.
Avqustun 18-də turinlilər İngiltərənin "Tottenhem" klubundan İtaliya millisinin qapıçısı Qulyelmo Vikarionu icarəyə götürüblər. Söhbət cari 2026/27 mövsümünün sonuna qədər 8 milyon avro və əlavə olaraq 2 milyon avro mümkün bonuslar qarşılığında satın alma variantı ilə icarədən gedir.













