20 Avqust 2026, 10:15
FUTBOL
"Liverpul" ingiltərəli yarımmüdafiəçi Körtis Consu Milanın "İnter" klubuna satmağa razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.
Klublar transfer məbləği ilə bağlı razılığa gəliblər, bu rəqəm 32 milyon avro və əlavə olaraq 4 milyon avro mümkün bonuslar təşkil edəcək.
İtaliya çempionu yarımmüdafiəçinin özü ilə şəxsi müqavilənin şərtlərini xeyli əvvəl razılaşdırıb. Körtis Cons "Liverpul"un yetirməsidir. O, 2019-cu ildə debüt edib və klub tarixinin ən gənc kapitanı (19 yaş) olub.
Qeyd edək ki, o, ötən mövsüm 49 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.













