Azərbaycan Premyer Liqasının I turunda baş tutan "Sumqayıt" və "Neftçi" komandaları arasındakı oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqasının I turunda baş tutan "Sumqayıt" və "Neftçi" komandaları arasındakı oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Gərgin keçən matç həm də futbolçuların aldıqları vərəqələrlə yaddan qalıb.

Matc.az xəbər verir ki, meydan sahiblərinin heyətində kapitan Səbuhi Abdullazadə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Əsəblərinə hakim ola bilməyən Abdullazadə paltar-dəyişmə otağına gedərkən dəhlizdəki otağın pəncərəsini də sındırıb.

Onun komanda yoldaşı Nihad Əhmədzadə isə referi tərəfindən sarı vərəqə ilə cəzalandırılır. "Ağ-qaralar"ın heyətində isə Breno və Dalmeyda sarı vərəqə alan futbolçular sırasına daxil olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest