16 Avqust 2026, 12:46
FUTBOL
Abdullah Zubir "Qarabağ"la yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı fransalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Təcrübəli oyunçu 8 ildən sonra klubu tərk edib.
Qeyd edək ki, Mərakeş əsilli futbolçu 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 369 rəsmi matçda 79 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb.













