Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo hazırkı heyətdən tam razı deyil. "Sarılar" portuqaliyalı mütəxəssisin daha iki istəyini yerinə yetirməyib.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" idman nəşri məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssisin əsas istəklərindən biri sol ayaqlı mərkəz müdafiəçisinin alınmasıdır. Həmçinin Mourinyo komandanın heyətinin "universal" yarımmüdafiəçi ilə gücləndirilməsini istəyir.

Mourinyonun "İnter"in müdafiəçisi Alessandro Bastoninin namizədliyini bəyəndiyi vurğulanır. Milan klubu bu oyunçunu 70 milyon avro dəyərində qiymətləndirir. "Real" analoji məbləği "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferi üçün ayırmışdı. Lakin ispan futbolçunun "Barselona"ya keçmək qərarından sonra Madrid klubu planlarına yenidən baxa bilər.

Mourinyo komandasında bu yay Madrid "Atletiko"suna keçən Morten Yulmann profilində bir yarımmüdafiəçi görmək istəyir. O, matçların yüksək tempinə tab gətirə bilən "universal" futbolçu axtarışındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest