"Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək".

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Sabah"ın qonağı olan "Kəpəz" 0:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov oyun haqda fikirlərini bildirib:

- Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq.Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər.

 - “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?

Klubun büdcəsinə baxsaq, bundan pis istifadə etdiyimizi düşünmürəm. Transferlərimizdən narazılığımız yoxdur. 

“Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik?

Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest