PSJ bu yay "Parma"nın və Yaponiya millisinin qapıçısı Zion Suzukini heyətinə qatmayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Paris klubu Suzukinin transferi ilə bağlı saziş ləğv edilib. Beş gün əvvəl tərəflər oyunçunun 35 milyon avro qarşılığında keçidini razılaşdırmışdılar. Fransa klubu hətta Parisdə tibbi müayinədən keçmək üçün Parmaya xüsusi təyyarə də göndərmişdi. Lakin qapıçının agentləri son anda əlavə komissiya tələb etməyə başlayıblar və parislilər bu məbləği həddindən artıq yüksək hesab ediblər.
Xatırladaq ki, Zion 2024-cü ilin yayında "Parma"ya keçib. Həmin vaxtdan bəri o, İtaliya klubunun heyətində 59 matç keçirib, bu oyunlarda 83 qol buraxıb və 13 görüşdə qapısını toxunulmaz saxlayıb.












_1786816377.jpg)
