"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde karyerasını PSJ-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "FootMercato" nəşri məlumat yayıb.
Bildirilir ki, əvvəllər PSJ "Barselona"nın hücumçusu Ferran Torresi heyətinə qatsa da, Fransa çempionu bununla kifayətlənmək niyyətində deyil. Parislilər indi də müdafiə xəttini Jül Kunde ilə gücləndirmək istəyirlər.
"Barselona" əsas heyət oyunçusunu satmağa meylli olmasa da, müdafiəçinin özü klubdan ayrılmaq istəsə, mövqeyini dəyişə bilər. Kunde yalnız parislilərin ona start heyətində yer zəmanəti verəcəyi təqdirdə PSJ-yə keçməyə hazırdır.
Kunde 2022-ci ilin yayından, "Sevilya"dan keçdiyi vaxtdan bəri "Barselona"da çıxış edir. O, həmin vaxtdan bəri "blauqranas"ın heyətində 188 matç keçirib, 10 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda ilə birlikdə 7 titul qazanıb. Əvvəllər müdafiəçiyə London "Arsenal"ının da maraq göstərdiyi barədə məlumat verilmişdi.





_1786816377.jpg)







