"Liverpul"un tanınmış hücumçusu və Niderland millisinin üzvü Kodi Qakpo "Tottenhem" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, tərəflər 5 illik - 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə barədə razılığa gəliblər. Klublar arasında transfer məbləği ilə bağlı hələlik rəsmi razılıq olmasa da, tərəflər buna olduqca yaxındırlar.

Ötən yay Qakpo " Liverpul" ilə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. 27 yaşlı niderlandlının transfer dəyəri hazırda 60 milyon avro qiymətləndirilir. Ötən mövsüm futbolçu "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 52 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest