15 Avqust 2026, 15:56
FUTBOL
"Montsa" "Yuventus"un qapıçısı Mikele Di Qreqorionu geri qaytarmaqda maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
Bildirilir ki, hazırda klublar arasında konkret danışıqlar aparılmır, lakin "Montsa" nümayəndələri 29 yaşlı futbolçunun transferi imkanlarını nəzərdən keçirirlər.
Di Qreqorio 2024-cü ilin yayında "Montsa"dan "Yuventus"a keçib. Turin komandasının heyətində keçirdiyi iki mövsüm ərzində qapıçı 84 matçda meydana çıxıb.
Daha əvvəl qolkiper 4 il ərzində A Seriyası və B Seriyasında "Montsa"nın şərəfini qoruyub. Klubdakı son mövsümündə o, 12 oyunda qapısını toxunulmaz saxlayaraq İtaliya çempionatının ən yaxşı qapıçısı seçilib.













