"Milan"ın yarımmüdafiəçisi Yussuf Fofana növbəti mövsüm öncəsi orta xətti gücləndirməyi planlaşdıran "Yuventus"un maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə idman nəşrləri məlumat yayıb.
Bildirilir ki, Turin klubu 27 yaşlı fransızın transferi ilə bağlı sərfəli şərtlərlə razılığa gəlməyə ümid edir. Müqavilənin mümkün variantlarından biri futbolçu mübadiləsidir, lakin hələlik klublar arasında rəsmi təmas olmayıb.
Fofana "Milan"ın baş məşqçisi Ruben Amorimin planlarına daxil deyil və komandanı tərk edə bilər. Fransız futbolçu İtaliya klubuna 2024-cü ildə keçib. Paulu Fonseka və Serjiu Konseysaunun rəhbərliyi altında o, iki dayaq yarımmüdafiəçisi olan sxemdə meydanın mərkəzində çıxış edib.
2025/26 mövsümündə yarımmüdafiəçi İtaliya çempionatında 33 matç keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.













