Transferlər üzrə ixtisaslaşan "Transfermarkt" portalı son 10 mövsümdə yeni futbolçuların alınmasına ən çox xərc çəkən İspaniya La Liqasının ilk 10 klubunun adını açıqlayıb. Reytinqə bu müddət ərzində 1,4 milyard avroya oyunçular alan "Barselona" başçılıq edir.
Matc.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.
"Real" sözügedən dövrdə 1,28 milyard avro xərcləyərək üçüncü pillədə qərarlaşıb. İkinci yeri isə 1,3 milyard avroluq transfer xərci ilə Madrid "Atletiko"su tutub.
Son 10 mövsümdə transferlərə ən çox pul xərcləyən La Liqa klublarının ilk "onluğ"u:
1. "Barselona" - 1,4 milyard avro.
2. "Atletiko" (Madrid) - 1,3 milyard avro.
3. "Real" (Madrid) - 1,28 milyard avro.
4. "Sevilya" - 555 milyon avro.
5. "Vilyarreal" - 472 milyon avro.
6. "Betis" - 365 milyon avro.
7. "Valensiya" - 332 milyon avro.
8. "Real Sosyedad" - 226 milyon avro.
9. "Almeriya" - 184 milyon avro.
10. "Selta" - 178 milyon avro.













