15 Avqust 2026, 11:28
FUTBOL
Madrid "Atletiko"su mərkəz müdafiəçisi Kristian Romeronun "Tottenhem"dən transferini açıqlayıb.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 28 yaşlı futbolçu ilə müqavilə 2031-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Transferi üçün Madrid klubu 40 milyon avro ödəyib və futbolçunun növbəti satışından "Tottenhem"ə 15 faiz pay veriləcək.
Romero 2022-ci ilin yayından "Tottenhem"də çıxış edirdi. Müdafiəçi bu müddət ərzində bütün turnirlərdə 156 matçda iştirak edib, 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.













