Milan "İnter"inin braziliyalı sağ cinah müdafiəçisi Luis Enrikenin karyerasını "Roma"da davam etdirə bilə.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, son vaxtlar "Roma" Enrikenin transferi üzərində işi fəallaşdırıb. Keçidin məbləği 25-30 milyon avro təşkil edə bilər.

"İnter" 24 yaşlı braziliyalını buraxmağa hazırdır, çünki "Tottenhem"dən digər cinah müdafiəçisi Ced Spensin transferinə yaxındır. London klubu transfer məbləği ilə bağlı tələblərini 35 milyon avroya qədər endirib.

Enrike ötən yay 22,8 milyon avro qarşılığında "Marsel"dən "İnter"ə keçib. O, 2025/2026 mövsümündə bütün turnirlərdə iştirak etdiyi 43 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı cinah müdafiəçisinin müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest