İspaniyanın "Sevilya" klubu "Sirius"dan şotlandiyalı hücumçu Robbi Yurla müqavilə imzaladığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqavilənin müddəti 5 illik, yəni 2031-cu ilin iyununa qədər nəzərdə tutulub. Maliyyə detalları rəsmən açıqlanmasa da, transfer məbləğinin təxminən 9,2 milyon avro təşkil edəcəyini bildirilir.

Qeyd edək ki, 22 yaşlı hücumçu 2025/2026 mövsümündə klub səviyyəsində 20 matçda meydana çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest