"Sarı-göylər" Rəşad Əzizlini heyətinə qatıb.

"Kəpəz" növbəti transferini reallaşdırıb. "Sarı-göylər" Rəşad Əzizlini heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gəncə təmsilçisi 32 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli qolkiper ötən mövsüm "Səbail"in heyətində çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest