Lissabon "Sportinq"inin müdafiəçisi Usman Diomande karyerasını "Nottinhem Forest"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə təmsilçisi futbolçu ilə müqavilə imzalandığını elan edib. Tərəflər arasında sözləşmə "4+1" sxemi ilə bağlanıb.

Bu transferin 40 milyon avroya başa gəldiyi bildirilir. Fil Dişi Sahili futbolçusu 2023-cü ilin yanvarından bəri Portuqaliya klubunun şərəfini qoruyurdu. O, bu müddət ərzində 132 matçda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest